Nazirlik Gəncədə törədilən qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

Nazirlik Gəncədə törədilən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm