Quba sakinlərini aldadıb 40 min manatdan çox pul aldılar
Bizi izləyin

Kriminal

Quba sakinlərini aldadıb 40 min manatdan çox pul aldılar

Qubada dələduzluqla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, Quba RPŞ-yə şəhər sakinləri olan 3 nəfəri aldadaraq dələduzluq yolu ilə onların ümumilikdə 41500 manatlarının alınması barədə daxil olmuş məlumatlarla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən dələduzluğu törətməkdə şübhəli bilinən İ.Xuraminicatın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir qadını aldadaraq 1542 manatını alması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm