Kriminal
Boşandığı arvadının evinə hücum etdi, AMANSIZLIQLA ÖLDÜRDÜ - Daha bir QƏTL
Xaçmaz rayonunda qətl törədilib.
Publika.az xəbər verir ki, dünən saat 11:30 radələrində rayonun Qımılqışlaq kənd sakini Qurbanov Səfər İlham oğlu 2017-ci ildə rəsmi boşandığı qadının atası Qədirov Əlihüseyn Cəlil oğlunun evinin qarşısına gələrək onu öldürüb.
Bildirilir ki, boşanandan sonra başqa qadınla evlənən Səfər Qurbanov keçmiş həyat yoldaşı Gülyanə Qədirovanın da başqa şəxslə ailə quracağını eşidib. Bununla razılaşa bilməyən Səfər keçmiş qayınatasının evinin qarşısına gələrək kişini çölə çağırıb. Bu zaman tərəflər arasında mübahisə baş verib və S.Qurbanov
özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirib. Mədə, döş qəfəsi, kürək və qol nahiyələrindən ağır xəsarət alan Ə.Qədirov hadisə yerində vəfat edib.
S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Muxtar
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?