Bakıda küçədə qucaqlaşan sevgililərə görə DƏHŞƏTLİ DAVA - 1 nəfər öldürüldü
Bizi izləyin

Kriminal

Bakıda küçədə qucaqlaşan sevgililərə görə DƏHŞƏTLİ DAVA - 1 nəfər öldürüldü

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nəsrəddin Tusi küçəsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev 1967-ci il təvəllüdlü Hamlet Novruzovu bıçaqlayaraq öldürüb.

Məlum olub ki, hadisədən əvvəl Hamlet Novruzov və iki tanışı ilə yeyib-içiblər, sərxoş olan dostlar küçəyə çıxıblar.

Bu zaman Hamletin yanında olan oğlan digər qız dostu ilə quçaqlaşıb və sevişiblər.

Bunu görən Murad Tağıyev onlara iradını bildirib. Bundan əsəbləşən Hamlet Novruzov Murad Tağıyevlə mübahisə edib. Mübahisə zamanı Murad Tağıyev özündə olan bıçağı Hamlet Novruzovun ürək nahiyəsinə sancıb.

Hamlet Novruzov hadisə yerində ölüb, Murad Tağıyev həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm