Kişidən 15 yaşlı qıza qarşı RÜSVAYÇI HƏRƏKƏT - Göyçayda
Bizi izləyin

Kriminal

Kişidən 15 yaşlı qıza qarşı RÜSVAYÇI HƏRƏKƏT - Göyçayda

Göyçay rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan rayon sakini Əli Abdurəhmanovun barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Əli Abdurəhmanova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, o, 15 yaşlı qızla cinsi əlaqədə olub.

Əli Abdurəhmanovun barəsində toplanan cinayət işi baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib.

Hakim İbrahim Fəttahovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin araşdırılması üçün prosesin qapalı keçirilməsi qərara alınıb.

Məhkəmə baxışı oktyabrın 30-na təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm