Bakıda həbsxanadakı əri ilə görüşə gələn qadın tutuldu - FOTO
Bizi izləyin

Kriminal

Bakıda həbsxanadakı əri ilə görüşə gələn qadın tutuldu - FOTO

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın gödəkcəsinin cibində gizlədilmiş bükülüdə 2,1 qram tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm