Biləsuvarda yardımçı təsərrüfata basqın olub – Xeyli pul apardılar
Bizi izləyin

Kriminal

Biləsuvarda yardımçı təsərrüfata basqın olub – Xeyli pul apardılar

Biləsuvar rayonunda quldurluq etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Biləsuvar RPŞ-yə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gəlmiş 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm