Polis və DTX əməliyyat keçirdi – Sərhədi keçərkən tutuldu
Bizi izləyin

Kriminal

Polis və DTX əməliyyat keçirdi – Sərhədi keçərkən tutuldu

Paytaxtın Nizami rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxs ölkədən qaçarkən tutulub.

Publika.az xəbər verir ki, noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olun.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilin, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilin.

Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm