Ziya Bünyadov prospektində iki avtomobil toqquşdu: yaralılar var
Bizi izləyin

Kriminal

Ziya Bünyadov prospektində iki avtomobil toqquşdu: yaralılar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 10-AR-171 dövlət nömrə nişanlı “Audi” markalı avtomobillə 10-VH-045 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Audi” markalı avtomobil səkiyə çırpılıb.

Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, xəsarət alanlar təcili yardımın köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

İki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb. Hazırda hadisə yerinə cəlb edilən DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm