Kriminal
İran sərhədində ƏMƏLİYYAT: 25 kq narkotiki Azərbaycana keçirmək istəyərkən saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb.
DSX-nin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “metamfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülb.
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gətirən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK