Daha bir ailə intihar etdi - Türkiyə ŞOKDA - - FOTO
Bizi izləyin

Kriminal

Daha bir ailə intihar etdi - Türkiyə ŞOKDA - - FOTO

Türkiyənin İstanbul şəhərinin Bakırköy Osmaniye bölgəsində bir ailənin 3 üzvü evlərində ölü tapılıb.

Publika.az xəbər verir ki, ölənlərdən biri azyaşlıdır. Digərlərinin isə onun valideynləri olduğu ehtimal edilir.

Hadisə yerinə polis briqadaları cəlb olunub. İlkin araşdırmalar zamanı evdə kimyəvi maddə tapılıb.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər.

Qeyd edək ki, son 10 gündə Türkiyədə 3 belə hadisə yaşanıb. Bundan öncə iki ailə də sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm