Qazaxda dava - Xəsarət alan var
Bizi izləyin

Kriminal

Qazaxda dava - Xəsarət alan var

Qazax rayonunda bıçaqlanma baş verib.

Trend-in məlumatına görə, hadisə Qazax şəhəri, N.Nərimanov və A.Kəmərli küçələrinin kəsişməsində olub.

Gədəbəy rayonu, Düzyurd kənd sakini Əliyev Ruslan İmran oğlu Ağstafa rayonu, Dağ Kəsəmən kənd sakini Bilalov Bəşir Kəmaləddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Əliyev B.Bilalovun baş və qarın nahiyəsinə bıçaqla zərbə endirərək ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm