Kriminal
Fermadan kabel oğurlayan şəxslər saxlanıldı
Hacıqabulda kabel oğurlayan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Publika.az-a verilən məlumata görə, noyabrın 13-də Şirvan şəhər sakini Elşən Məlikov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Hacıqabul RPŞ-yə müraciət edərək bir gün əvvəl rayon ərazisində ona məxsus fermadan 1720 metr uzunluqda elektrik kabelin oğurlanması ilə bağlı məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Müşfiq Şirinov və Bərdə rayon sakini 33 yaşlı İlham Fərəcov saxlanılıb. Oğurlanan elektrik kabeli onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO