Bakıda DƏHŞƏT: BDU-nun tələbəsi olan qızlardan BİRİ ÖLDÜ, DİGƏRLƏRİ İSƏ - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda DƏHŞƏT: BDU-nun tələbəsi olan qızlardan BİRİ ÖLDÜ, DİGƏRLƏRİ İSƏ - YENİLƏNDİ

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.

Hadisə nəticəsində ölən tələbə, BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir.

Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.

Qeyd edək ki, BDU rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb.(Trend)

*****

13:59

Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi sorğuya cavab olaraq məlumat yayıb. Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Müalicələri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm