Bakıda 25 yaşlı arvadını doğrayan şəxsin arzusu reallaşmadı
Bizi izləyin

Kriminal

Bakıda 25 yaşlı arvadını doğrayan şəxsin arzusu reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində Xətai rayonunda keçmiş həyat yoldaşına bıçaqlayan Vüqar Ələkbərovun şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Hakimlər kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə ötən il aprelin 10-da Xətai rayonunda baş verib. Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsindən deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Xətai rayonunun 36-cı polis bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ittiham verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm