Bakıda ŞOK CİNAYƏT – Turisti dişləyib 3 min manatını apardılar
Bizi izləyin

Kriminal

Bakıda ŞOK CİNAYƏT – Turisti dişləyib 3 min manatını apardılar

Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan əcnəbi vətəndaşın içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub. Zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm