Sosial müavinət və işə düzəltmək adıyla 12 nəfərdən külli miqdarda pul aldılar
Bizi izləyin

Kriminal

Sosial müavinət və işə düzəltmək adıyla 12 nəfərdən külli miqdarda pul aldılar

Bir qrup vətəndaşı aldadaraq onlardan ümumilikdə 10.850 manat almış Saatlı rayon sakini tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Bundan başqa cari ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm