Bakıda evdən 2500 manatlıq oğurluq edən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Bakıda evdən 2500 manatlıq oğurluq edən şəxs saxlanıldı

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm