Azərbaycana gətirilən konfetin içindən görün nələr çıxdı - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycana gətirilən konfetin içindən görün nələr çıxdı - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Publika.az DSX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin 11 dekabr tarixində “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm