• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Cəlilabadda şantajla həmyerlisinin pulunu və avtomobilini alan şəxs saxlanıldı - ƏMƏLİYYAT

Cəlilabadda şantajla həmyerlisinin pulunu və avtomobilini alan şəxs saxlanıldı - ƏMƏLİYYAT

Cəlilabad rayonunda xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, hazırda Cəlilabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilib.

Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilib, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunub.

Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirmiş, oradan “Kalaşnikov” markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilərək götürülüb.

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə, 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus “VAZ-2109” markalı avtomobili zorla alması da müəyyən edilib.

Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır.

T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR