Bakıda kütləvi dava - 3 nəfəri bıçaqlayıb ölümcül hala saldılar
Bizi izləyin

Kriminal

Bakıda kütləvi dava - 3 nəfəri bıçaqlayıb ölümcül hala saldılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.

Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağ döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm