Bələdiyyə sədri həbs edildi
Bizi izləyin

Kriminal

Bələdiyyə sədri həbs edildi

Türkiyədə terror təşkilatına üzv olmaqda ittiham edilən bələdiyyə sədri həbs edilib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkirin Sur qəsəbə bələdiyyəsinin sədri Filiz Buluttekin barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin təqdimatı əsasında qadın sədr vəzifədən kənarlaşdırılmış və barəsində cinayət işi açlmışdı. O, trabzonda 15 yaşlı Eren Bülbüü qətlə yetirən terrorçu - "Zeynal" ləqəbli Mehmet Yakışır da daxil olmaqla bir sıra terrorçuların dəfn mərasimində iştirakda və terror təşkilatının təbliğatını həyata keçirməkdə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm