Azərbaycanda adam öldürmüş şəxs yenidən qətl törətdi
Bizi izləyin

Kriminal

Azərbaycanda adam öldürmüş şəxs yenidən qətl törətdi

Balakən rayonu ərazisində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 20-də Balakən rayonu ərazisindəki tikintisi başa çatmamış evlərin birində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədhəsən Rəhimovun üzərində xəsarətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İtitala kənd sakini, əvvəllər də qəsdən adam öldürmə və xuliqanlığa görə məhkum olunmuş H.Nəsibov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm