Xırdalanda piyadanı öldürüb qaçan sürücünün işi yenidən məhkəmədə
Bizi izləyin

Kriminal

Xırdalanda piyadanı öldürüb qaçan sürücünün işi yenidən məhkəmədə

Abşeron rayonunda piyadanı vurub öldürən və daha sonra hadisə yerindən qaçan sürücü barəsində açılmış cinayət işinin materialları yenidən Abşeron Rayon Məhkəməsinə göndərilib.

Publika.az xəbər verir ki, bu il aprelin 6-da Xırdalan şəhərində Müşfiq Həsənovun törətdiyi ağır yol qəzasında şəhər sakini Faiq Həsənovun dünyasını dəyişməsi və sürücünün hadisə yerindən qaçnması ilə bağlı rəsmi qurumların yaydığı məlumata baxmayaraq istintaq prosesində bəzi xoşagəlməz hallar müəyyən edilib. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatların ardınca təqsirləndirilən M.Həsənova Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham verilib və haqqında həbs qətimkan tədbiri seçilib.

Lakin işin istintaqı zamanı Abşeron rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmov təqsirləndirilən M.Həsənovun üzərindəki 264-cü maddəni, yəni hadisə yerindən qaçmaqla bağlı ittihamı götürüb. Halbuki bu fakt hadisədən dərhal sonra həm Daxili İşlər Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən təsdiq və elan olunub. Məhkəmə dövründə bu faktın ortaya çıxması işin yenidən istintaqa qaytarılmasına əsas səbəb olub. Bundan sonra yenidən Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılan materiallar eyni müstəntiqin icraatına verilib. Artıq yenilənmiş istintaq prosesi də başa çatıb və iş yenidən məhkəməyə göndərilib. İşə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, zərərçəkən tərəf hadisə vaxtı sürücünün içkili vəziyyətdə olduğunu, qəza yerindən yayındığını və vurduğu piyadaya yardım göstərmədiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm