Azərbaycana gələn qadın ayaqqabısının dabanında... - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycana gələn qadın ayaqqabısının dabanında... - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı Xətai Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə - tiryək aşkarlanaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm