Şirvanda dava - 24 yaşlı gənc döyüldü
Bizi izləyin

Kriminal

Şirvanda dava - 24 yaşlı gənc döyüldü

Şirvanda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.

Şəhərin 20 Yanvar küçəsi, 5 b/26 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Ələkbər Famil oğlu baş nahiyəsinin və üzünün xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya Şöbəsinə yerləşdirilib.

Zərərçəkmişin bildirdiyinə görə, o, tanıdığı 2 nəfər tərəfindən döyülüb. Artıq bu barədə polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm