Bakıda torpağa basdırılmış avtomat 50 patronla birgə çıxarıldı
Bizi izləyin

Kriminal

Bakıda torpağa basdırılmış avtomat 50 patronla birgə çıxarıldı

Bakıda polisin saxladığı şəxsin gizlədiyi silah aşkar edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov saxlanılıb. Onun torpağa basdırdığı nömrəsi paslanmış “AKM” markalı avtomat silahı, 50 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm