Kürdəmirdə faciəvi hadisə - Məktəbli öldü
Bizi izləyin

Kriminal

Kürdəmirdə faciəvi hadisə - Məktəbli öldü

Kürdəmirdə ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayonun Şıxımlı kəndi ərazisində -Ağsuya gedən yolda "Qazel" markalı yük maşını velosipedlə hərəkətdə olan məktəblini vurub.

Ağır xəsarət alan azyaşlı oğlan hadisə yerində ölüb. Onun məktəbin 6-cı sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm