Bazar yaxınlığında qarət - Bıçaqla hədələyib 700 manat apardılar
Bizi izləyin

Kriminal

Bazar yaxınlığında qarət - Bıçaqla hədələyib 700 manat apardılar

Şəmkir rayonunda vətəndaşa qarşı quldurluq edilib.

Trend-in məlumatına görə, hadisə Şəmkir mərkəzi bazarının yaxınlığında baş verib.

Daşkəsən rayonu, Zinzahal kənd sakini, 1971-ci il təvəllüdlü Sadıqov Elxan Ələddin oğlu polisə müraciət edərək bildirib ki, Şəmkir rayon Mərkəzi bazarının arxasında naməlum şəxs ona qarşı quldurluq edərək bıçaqla hədələyib və üzərində olan 700 manatını alaraq hadisə yerindən uzaqlaşıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Şəmkir şəhəri, V.Xuluflu küçəsi, ev 67-də yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Quliyev Ceyhun Sahib oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm