Masallı sakini özünə xəsarət yetirdi
Bizi izləyin

Kriminal

Masallı sakini özünə xəsarət yetirdi

Masallı rayonunun Çaxırlı kənd sakini S.Qədiyevin tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, dekabrın 29-da Masallı rayonunun Çaxırlı kəndinin meşə zolağından Təkdam kənd sakini, əvvəllər məhkum olunmuş S.Qədiyevin qarın nahiyəsinin qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onun tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib.

Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm