Bakıda 31 yaşlı Cavidi qardaşının gözləri önündə öldürdülər – TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda 31 yaşlı Cavidi qardaşının gözləri önündə öldürdülər – TƏFƏRRÜAT

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evində 1997-ci il təvəllüdlü İsmiyev Rəmiş İsmi oğlu dayısı oğlu, 1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlunu bıçaqlayaraq öldürüb.

Bildirilir ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub və içki məclisi zamanı aralarında mübahisə yaranıb. Bu zaman Rəmiş bıçaqla dayısı oğluna hücum edərək onun ürək nahiyəsinə zərbə endirib. 31 yaşlı Cavid hadisə yerində ölüb.

Məlumata görə, hadisə vaxtı Cavid Muxtarovun qardaşı da orada olub və hadisə onun gözləri qarşısında baş verib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm