Kriminal
Ata oğlu ilə birgə qızını illərlə zorladı - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ
Bakının Binəqədi rayonunda diqqət çəkən hadisə baş verib. Ata böyük oğlu ilə birlikdə bir neçə il azyaşlı qızına təcavüz edib
Publika.az xəbər verir ki, bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Bildirilib ki, şübhəlilər tutulub və hadisə ilə bağlı cinayət işi başladılıb (onların adları açıqlanmır).
İstintaq prosesi Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır və Respublikanın Baş prokurorunun nəzarətindədir.
Təcavüzə məruz qalan qızın 13 yaşı var. Uşağın məktəbə getməməsi ilə bağlı məktəbdə yaranan narahatlıqdan sonra hadisənin üstü açılıb.
Müəllimlər qızla əlaqə saxlayıblar, uşaq olanların son üç ildə başına gələn bütün hadisəni və buna görə dərsləri buraxdığını danışıb.
Binəqədi Rayon Polis İdarəsi işçiləri dərhal şübhəli pedofilləri tutublar.
Hadisə ilə bağlı bütün lazımi sübutlar əldə edilərək, onlara qarşı cinayət işi başlanılıb.
Saxlanılan qardaşın 21 yaşı var.
Hazırda təcavüzə uğrayan qızla psixoloqlar məşğul olur.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!