Nərmin cinayəti Prezidentin xüsusi nəzarətinə götürüldü - Konkret TAPŞIRIQLAR
Bizi izləyin

Kriminal

Nərmin cinayəti Prezidentin xüsusi nəzarətinə götürüldü - Konkret TAPŞIRIQLAR

Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.

Publika.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov bu gün keçirilən əməliyyat müşavirəsində deyib.

Qeyd edilib ki, dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb, cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm