Bakıda tələbə qızların ölümü ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Kriminal

Bakıda tələbə qızların ölümü ilə bağlı cinayət işi açıldı

Ötən gecə Bakıda 3 əcnəbi tələbənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğundan Publika.az-a verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bədbəxt hadisə zamanı tüstüdən zəhərlənərək ölən 21-25 yaşlı tələbə qızlar Şri-Lanka vətəndaşlarıdır və Bakıda Qərbi Xəzər Universitetində təhsil alırmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm