Bakıda taksi sürücüsünə qarşı QULDURLUQ
Bizi izləyin

Kriminal

Bakıda taksi sürücüsünə qarşı QULDURLUQ

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. Müraciətlə əlaqədar Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilibki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm