Kriminal
İşə düzəlmək istəyən qızı aldadıb evinə gətirdi, sonra... - Azərbaycanda ŞOK OLAY
Bakıda zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın xəbərinə görə, ailəli olan Xəqani Paşayev hazırkı cinayət işindən əvvəl də cinayət törədib. Başqa şəxsə bədən xəsarəti yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə mühakimə olunub.
Həbsdən azad edildi, ağır cinayət törətdi
Xəqani Paşayev Abşeron rayon Məhkəməsinin 3 mart 2016-cı il tarixli hökmü ilə 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən 15 iyun 2016-cı ildə amnistiya qaydasında cəzadan azad edilib.
Cəzadan azad olunan Xəqani Paşayev bir neçə ay sonra, yəni, həmin ilin dekabrında daha ağır cinayət törədib. O, paytaxtın Binəqədi rayonunda qadına təcavüz etməkdə günahlandırılıb.
Dayısının adı ilə aldatdı
Belə ki, Xəqani Paşayev dekabrın 10-da, saat təxminən 22 radələrində ona icarəyə götürdüyü “Gladiator” adlı çay evində işləmək üçün müraciət edən Vəfa Babayeva (ad və soyad şərti verilib – red.) yalandan dayısının məscidlərə nəzarət edən şəxs olmasını və onu sonuncunun yanında işə düzəldəcəyini bildirib.
Qadını kirayə qaldığı evə gətirdi
Xəqani Paşayev dayısı ilə iş barəsində birlikdə söhbət edəcəkləri adı altında aldadıb və Vəfa Babayeva ilə zorla cinsi əlaqədə olmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Əlinin idarə etdiyi “Mercedes C 180” markalı avtomobillə kirayədə yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, nömrəsiz fərdi evə gətirib.
Təcavüzə məruz qalan qadın polisə üz tutdu
Xəqani Paşayev Vəfa ilə içəri girəndən sonra ona qarşı zorakılıq edib. O, Vəfanın qolunu buraraq zor tətbiq etməklə həmin evin yataq otağında olan çarpayıya üzü üstə uzadıb.
Daha sonra Xəqani Paşayev əynində olan bütün paltarları zorla çıxararaq sonuncuya ağır xəsarət yetirib. Sonra Vəfa ilə zorla cinsi əlaqədə olub.
Vəfa Babayeva təcavüzə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Xəqani Paşayev həbs edilib.
5 il 6 ay cəza
İstintaq orqanı tərəfindən Xəqani Paşayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Paşayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəqani Paşayevin şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Xəqani Paşayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Xəqani Paşayevin kasasiya şikayəti də təmin olunmayıb.
İlkin
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər