Kriminal
Təyyarəni partlatmaq istəyən qadın danışdı: "Arxamdakılar..."
Türkiyənin İstanbul şəhərində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava limanından Kiprə uçmaağa hazırlaşan sərnişin təyyarəsində “Mən FETÖ-çüyəm və bu təyyarəni partladacağam” qışqıraraq təşviş yaradan Nikar Deliormanlı adlı qadın məhkəməyə çıxarılıb.
Publika.az xəbər verir ki, qadın psixi xəstə olduğunu, depressiyaya qarşı dərmanlar qəbul etdiyini və olayın baş verdiyi gün dərmanın təsirində qaldığını deyib.
Deliormanlı bildirib ki, bu səbəbdən təyyarədə baş verənləri xatırlamır: "Olay tarixində təyyarədə sərnişin qismində əyləşmişdim. Arxamdakı insanlar geyimimi tənqid edib mənə FETÖ-çü dedilər. Mən də onlara “hər gördüyünüzü FETÖ-çü zənn etməyin” dedim. Dərman istifadə etdiyimi üçün başqa nə dediyimi xatırlamıram. Özümdən getmişdim”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
O bildirib ki, 22 gün xəstəxanada yatıb. Təyyarənin stüardessası xəstə olduğunu bilib, amma müdaxilə etməyib.
Məhkəmə Nikar Deliormanlının həbs müddətinin uzadılmasına qərar verib.
Qeyd edək ki, hadisə ötən ilin 18 dekabrında baş verib. Nikar Deliormanlı Kiprdə yaşayan övladını görmək üçün həmin təyyarədə olub. Hadisə səbəbindən uçuş gecikib və hər ehtimala qarşı bomba axtarışı aparılıb.
Qadın təhdid yolu ilə hava nəqliyyat vasitəsinin qaçırılması və ya girov götürülməsi maddəsi ilə ittiham olunur və barəsində 5 ildən 10 ilə qədər həbs cəzası tələb edilir.
Zümrüd
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...