Bakıda 18 yaşlı qız 50 gündür YOXA ÇIXIB – MÜRACİƏT
Bizi izləyin

Kriminal

Bakıda 18 yaşlı qız 50 gündür YOXA ÇIXIB – MÜRACİƏT

Bakıda 18 yaşlı qız itkin düşüb.

Publika.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Şöbəsinə müraciət edən Sabirabad rayon sakini, L.Məmmədova qızı, 2002-ci il təvəllüdlü Esmiranın 3 dekabr 2019-cu il tarixində iş axtarmaq adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

L.Məmmədova geridə qalan 50 gün ərzində qızından xəbər ala bilmədiyini qeyd edib və polisdən onun tapılması üçün kömək istəyib.

Müraciət əsasında araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm