Bakıda qadına bıçaqla hücum etdilər
Bizi izləyin

Kriminal

Bakıda qadına bıçaqla hücum etdilər

Bakıda quldurluq hadisə baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində bir qadının bıçaqla hədələnərək mobil telefonunun alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş T.Namazov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm