Kişi arvadını hicabı ilə boğdu: “Bədənindəki qızartı nədir?..” – Şok təfərrüat
Bizi izləyin

Kriminal

Kişi arvadını hicabı ilə boğdu: “Bədənindəki qızartı nədir?..” – Şok təfərrüat

Şirvan şəhərində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1970-ci il təvəllüdlü Samir Əhmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Samir Əhmədov 1996-cı ildən rəsmi nikahda olduğu Fazilə Əhmədovanı əvvəllər qısqanclıq zəminində bir neçə dəfə döyüb.

Samir Əhmədov sonuncu dəfə Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yaşadıqları evdə Fazilə Əhmədovanın qolunda ləkələr görüb. Arvadının başqa kişilərlə görüşdüyünü ehtimal edən ər onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Samir Əhmədov arvadını hicabı ilə sıxaraq oğub. Sonra isə mətbəxdən götürdüyü bıçaqla ona zərbələr vurub.

Samir Əhmədovun yetkinlik yaşına çatmayan oğlu Elnur anasının qışqırıq səslərini eşidib və otağa gəlib. Samir Əhmədov oğlunun gözləri qarşısında Faziləyə çoxsaylı zərbələr vurub.

Samir Əhmədovun aşağı mərtəbədə yaşayan qardaşı oğlu Natiq qışqırıq səslərini eşidib və ora gəlib. O, əmisinin əlindən bıçağı alıb və qadını xəstəxanaya çatdırıb.

Fazilə Əhmədovaya xəstəxanada ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Samir Əhmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Samir Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əhmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samir Əhmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Əhmədovun şikayəti təmin olunmayıb. Cəza çəkmə müəssisəsinə göndərilən Samir Əhmədov kasasiya şikayəti verilmə müddətinin vaxtını ötürüb.

Bu səbəbdən Ali Məhkəməyə müraciət edən Samir Əhmədov kasasiya şikayətinin verilmə müddətini bərpa edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Məhkum vəsatətini bununla əsaslandırıb ki, onun səhhətində baş verən psixoloji problemlərə görə qanunla müəyyən edilmiş müddətdə kasasiya şikayəti verə bilməyib.

Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda Samir Əhmədovun kasasiya şikayətinin verilmə müddətinin bərpa olunması ilə bağlı vəsatəti araşdırılıb, sonda qərar elan edilib.

Samir Əhmədovun vəsatəti təmin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm