Bakıda kişi arvadı ilə münasibət quran tanışını öldürdü - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda kişi arvadı ilə münasibət quran tanışını öldürdü - TƏFƏRRÜAT

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Aqşin Quiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il sentyabrın 29-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev evində münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Füzuli Şirinov və Elçin Şirinova xəstəxanada tibbi yardım göstərilib.

Binəqədi rayon Polis İdarəsi və 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Aqşin Quliyev saxlanılıb.

Hadisə qısqanclıq zəminində törədilib. Aqşin Quliyev İlham Həşimovu həyat yoldaşı ilə münasibəti olduğu üçün qətlə yetirib.

Hadisədən sonra Aqşin Quliyev cinayət yerindən qaçıb və Binəqədi rayonuda Fizuli Şirinovun evinə daxil olaraq, ona və oğlu Elçin Şirinova bıçaqla xəsrət yetirib.

Məlum olub ki, Aqşin Qulıiyev 15 gün dənizdə işləyib, 15 gün evdə olurmuş. O, uzun müddətdir həyat yoldaşı ilə əlaqələrdə şübhəli bildiyi İlham Həşimovu hadisə baş verən günü evinə dəvət edib. Sonra bu qətl hadisəsini törədib.

Bu qətli törədən Aqşin Quliyev Binəqədi rayonu Qəmbərov küçəsinə gəlib. O, Fizuli Şirinovun evinə daxil olaraq, ona hücum edib və bıçaqlayıb. Ata və oğlu da qısqanclıq zəminində bıçaqlandığı qeyd olunub.

Aqşin Quliyev Füzuli Şirinovun oğlu Elçinin də arvadı ilə münasibəti olmasından şübhələnib.

İstintaq orqanı tərəfindən Aqşin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2-7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm