Azərbaycanda film kimi cinayət planı: avtomobili vurdular, sonra...
Bizi izləyin

Kriminal

Azərbaycanda film kimi cinayət planı: avtomobili vurdular, sonra...

Şəkidə cinayətkar qruplaşma üzvləri tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin “Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Şəki ŞRPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm