Azərbaycanda anadan övladına qarşı AĞLASIĞMAZ İŞGƏNCƏ
Bizi izləyin

Kriminal

Azərbaycanda anadan övladına qarşı AĞLASIĞMAZ İŞGƏNCƏ

Tərtər rayonunda ana azyaşlı övladına işgəncə verib.

Publika.az xəbər verir ki, rayonun Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası R. Dünyamalıyevin hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü ( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə iş başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm