• USD 1,7000 0,00% EUR 1,8688 +0,74%
    • GBP 2,1900 -0,37% RUB 0,0255 -1,57%

Azərbaycanda DƏHŞƏT - Oğul Rusiyadan qayıdan atasını öldürdü

  • Kriminal
  • 15 Fevral 2020 10:00
  • 1 445 Baxış
Azərbaycanda DƏHŞƏT - Oğul Rusiyadan qayıdan atasını öldürdü

Quba rayonunda qətl törədilib.

Publika.az-ın məlumatına görə, rayonun Nügədi kəndində 2002-ci il təvəllüdlü Mətləb Şükürov atası, 1959-cu il təvəllüdlü Ramazan Şükürovu bıçaqlayaraq öldürüb.

Belə ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan R. Şükürov dünən qonşu ölkədən Qubaya qayıdıb. O, gələn kimi oğlu Mətləblə münaqişə yaradıb və həyətin qarını niyə təmizləmədiyini bildirərək oğlunu döyüb. Atasının ona olan mübasibətini qəbul edə bilməyən 18 yaşlı oğul əsəbi halda bıçaq götürərək atasına hücum edib və onu qətlə yetirib.

Hadisədən sonra polis tərəfindən saxlanılan gənc bildirib ki, atası hər zaman ona və anasına səbəbsiz yerə şiddət göstərib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR