Polis Bakıda yoxa çıxan 3 nəfəri tapdı
Bizi izləyin

Kriminal

Polis Bakıda yoxa çıxan 3 nəfəri tapdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-də 28 cinayətin üstü açılıb.

Publika.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyən olunaraq, açılması təmin olunub.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm