Bakıda qaçırılan “Toyota Prado” Göyçayda tapıldı
Bizi izləyin

Kriminal

Bakıda qaçırılan “Toyota Prado” Göyçayda tapıldı

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm