Azərbaycanda ana və körpəsinin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR
Bizi izləyin

Kriminal

Azərbaycanda ana və körpəsinin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Fevralın 22-də Kürdəmir rayonunda 22 yaşlı qadın və körpəsinin müəmmalı ölümü ilə bağlı rayona Bakıdan kriminalist-ekspert cəlb edilib.

Publika.az-ın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, səhər saatlarında rayonun kürsahili kəndlərindən olan Şüşündə 22 yaşlı Leyla Cəfərovanın meyitinin həyətdəki su quyusunda, azyaşlı oğlu Hilalın cəsədinin isə mənzildə tapılması hadisəsinin səbəblərini üzə çıxarmaq üçün zəruri ekspertizalar təyin edilib.

Meyiti tapılan ana və övladının üzərində hər hansı xəsarət izi olmadığından ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. Lakin qətl ehtimalı da istisna edilmir və araşdırmaların nəticəsindən asılı olaraq cinayət işinin maddəsi dəyişdirilə bilər.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm