• USD 1,7000 0,00% EUR 1,8842 -0,53%
    • GBP 2,1060 -0,58% RUB 0,0214 -0,47%

Bakıda DƏHŞƏTLİ QƏTL - Polis öldürüldü

  • Kriminal
  • 25 Fevral 2020 09:21
  • 5 057 Baxış
Bakıda DƏHŞƏTLİ QƏTL - Polis öldürüldü

Ötən gecə Bakı şəhər Nərimanov rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, Murtuza Nağıyev küçəsi 3, mənzil 1 ünvanında 1992-ci il tvəllüdlü Ramazanov Araz İsa oğlu, qardaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İsa oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan 31 yaşlı Anar vəfat edib.

Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsində polis nəfəri işləyib və polis serjantı olub. Hadisəni törədən Araz Ramazanov tutulub. Onun barəsində cinayət işi açılıb, İlkin araşdırma zamanı hadisənin 2 qardaş arasında baş vermiş mübahisə zəminində törədildiyi məlum olub.

Nizam

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR