DİN Bakıda polisin öldürülməsi ilə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

DİN Bakıda polisin öldürülməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Bakı şəhər Nərimanov rayonunda polis əməkdaşının qardaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov polis əməkdaşı olub. O, Nəsimi rayon polis İdarəsi, 19-cu Polis Şöbəsində çalışırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm