• USD 1,7000 0,00% EUR 1,8528 0,00%
    • GBP 1,9547 0,00% RUB 0,0208 0,00%

Bakıda intihar edən tələbə qızla bağlı YENİ FAKTLAR

  • Kriminal
  • 26 Fevral 2020 12:16
  • 1 245 Baxış
Bakıda intihar edən tələbə qızla bağlı YENİ FAKTLAR

Fevralın 25-nə keçən gecə Dənizkənarı Milli Parkın Dəniz vağzalı yaxınlığındakı hissəsində Azərbaycan Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının özünü dənizə ataraq intihar etməsindən əvvəl onun qaçırılması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı tələbə qızın atası M.Rzayevin qızının qaçırılması barədə dediklərinin həqiqətə uyğun olmadığı məlum olub.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.

N.Rzazadənin sevgili münasibətində olduğu həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Balahüseyn Söhrab oğlunun ailəsi də Publika.az-a qızın qaçırılmadığını bildiriblər: “Kaş qız qaçırılardı və onlar evlənərdi, bu hadisə də baş verməzdi”, - deyə ailədən bildirilib.

Qeyd edək ki, baş vermiş hadisə və hadisənin təfərrüatı barədə ilk məlumatı Publika.az saytı yayıb.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR